...

AMB-nin qısamüddətli notları qeydiyyata alınıb

İqtisadiyyat Materials 4 Aprel 2017 11:13 (UTC +04:00)
Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100556S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
AMB-nin qısamüddətli notları qeydiyyata alınıb

Bakı. Trend:

Aprelin 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100556S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti