...

PwC və SAP "Transformasiya Olunan Dünyada Texnologiyalar" Biznes Forumu keçirib

İqtisadiyyat Materials 28 Aprel 2017 11:42 (UTC +04:00)
PwC və SAP Four Seasons Baku Otelində “Transformasiya Olunan Dünyada Texnologiyalar” adlı Biznes Forum təşkil edib.
PwC və SAP "Transformasiya Olunan Dünyada Texnologiyalar" Biznes Forumu keçirib

Bakı. Trend:

Aprelin 27-də PwC və SAP Four Seasons Baku Otelində “Transformasiya Olunan Dünyada Texnologiyalar” adlı Biznes Forum təşkil edib.

PwC-dən Trend-ə verilən məlumata görə, transformasiya olunan dünyada şirkətlər qlobal texnoloji inkişaf nəticəsində yaranan reallıqlara uyğunlaşmalıdırlar. Azərbaycan bu transformasiya prosesinin mərkəzindədir və innovasiyalar hesabına şəffaflığın və biznes proseslərin səmərəliliyinin artırılması istiqamətində Hökumət və şirkətlər güclü qətiyyət nümayiş etdirir.

Şirkətin rəqabətə davamlılığı və müasir bazarda müvəffəqiyyəti əhəmiyyətli dərəcədə kənar və daxili dəyişikliklərin çevik və proaktiv şəkildə idarə etməyimizdən asılıdır. Effektiv idarəetmə sistemləri beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq biznes proseslərin optimallaşdırılması və stadartlaşdırılması, eləcə də əməliyyat və maliyyə şəffaflığın təmin edilməsi hesabına bizə rəqabətimizi artırmaq imkanı verir. Effektiv idarəetmə sisteminin yaradılması əsas mərhələlərindən biri ən son informasiya texnologiyalarının tətbiq edilməsindən ibarətdir,”açılış mərasimi zamanı SOCAR-ın Vitse-prezidenti Süleyman Qasımov qeyd etmişdir.

PwC-nin 20-ci İllik Qlobal CEO Araşdırmasına uyğun olaraq dünyanın iri şirkətlərin rəhbərlərinin narahatçılıq doğuran 5 ən mühüm məsələ texnoloji dəyişikliklərin sürəti (70%) ilə bağlıdır. İri şirkətlərin 93% hesab edir ki, növbəti beş il ərzində texnologiya bir sıra sektorda rəqabəti əhəmiyyətli dərəcədə dəyişəcək.

Görünür ki, qlobal rəqəmli transformasiya bütün dünyada şirkətlərin biznes əməliyyatlarına güclü təsir edəcək. PwC-da biz inanırıq ki, texnoloji transformasiyası uzunmüddətli və davamlı inkişafın təmin edilməsi üçün rəhbərlik tərəfindən ediləcək əhəmiyyətli və strateji bir addımdır. Elmi-texniki tərəqqinin təsiri ilə inkişaf edən şirkət olaraq, biz bu prosesin bir hissəsi olmuşuq, biliklərimizdən istifadə edərək və strategiyanin tərtib edilməsindən həyata keçirilməsinə qədər yüksək səviyyəli xidmətlər göstərərək müştərilərimizə uğur qazanmaqda köməklik etmişik," PwC-nin Azərbaycan Şirkətinin Məsləhət Xidmətləri Praktikasının Rəhbəri Emin Şıxqayıbov qeyd etmişdir.

Forumun proqramı rəqəmsal transformasiya prosesi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən texnologiyalar və insanlarda dəyişikliklər, PwC və SAP tərəfindən aparılmış son tədqiqatlar nəticələrinə əsaslanan yeni tendensiya və dünya təcrübəsi daxil olmuşdur. Forumda hökumət nümayəndələri, eləcə də PwC və SAP Şirkətlərinin yüksək səviyyəli mütəxəssisləri spiker qismində çıxış etmişdir. Rəqəmsal transformasiya prosesinin həyata keçirilməkdə maraqlı olan iri şirkətlər, hökumət təşkilatları və biznes-birlikləri bu tədbirdə iştirak etmişdirlər.

“PwC ilə birgə bu biznes forumun keçirilməsi məqsədi transformasiyada maraqlı olan Azərbaycan şirkətlərinə keçidə hazırlaşmaqda, onlara prioritetlərin müəyyən edilməsində və münasib rəqəmsal alətlərin seçilməsində köməklik göstərilməsindən ibarətdir. SAP dünyada dövlət və kommersiya təşkilatları ilə 40 ildən artıq təcrübəyə malikdir. Şirkətin portfelində 26-dan çox müxtəlif sektor üçün 400+ həllər var. Biz təcrübəmizi Azərbaycan ilə bölüşməkdən şadıq,” SAP şirkətinin Azərbaycan üzrə Direktoru Rüfət Hacıəlibəyov qeyd etmişdir.

İdarəetmə sahəsində məsləhət xidmətlərini İnformasiya Texnologiyalarının “nou-hausu” ilə birləşdirərək, PwC və SAP şirkətləri uğurlu rəqəmsal transformasiyanı həyata keçirmək və investisiyalardan daha çox dəyər əldə etmək istiqamətində Hökumətə və şirkətlərə dəstək göstərməyə hazırlıqlarını ifadə etmişdirlər.

PwC haqqında

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az

PwC-nin Bakı ofisində 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

"PwC" dedikdə PricewaterhouseCoopers International Limited qlobal şəbəkəsinə üzv olan şirkətlər və ya kontekstdən asılı olaraq PwC şəbəkəsinə daxil olan ayrı-ayrı şirkətlər nəzərdə tutulur. Ətraflı məlumat üçün www.pwc.com/structure saytına daxil olun.

SAP haqqında

Artıq xeyli müddətdir ki, SAP şirkəti Azərbaycan bazarında fəaliyyət göstərir. Bu gün şirkət 30-dan artıq müştəriyə xidmət göstərir və biznes tapşırıqlarının həlli üçün onlarla texnologiyalar və təcrübə ilə bölüşür. Cari iqtisadi vəziyyətdə şirkətlər biznes proseslərin optimallaşdırılmasına diqqət yetirir və yeni reallığa çevik şəkildə uyğunlaşır. Bu məqsədlərə nail olmaq üçün şirkət rəhbərləri İT sistemlərinin istifadəsinə daha ətraflı yanaşma nəzərdə keçirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti