...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 8 May 2017 11:36 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Fransada bazar günü keçirilən prezident seçkisinin Avropa Birliyi siyasətçilərinin və iqtisadiyyatçıların razı qaldığı nəticə ilə bitməsi fonunda EUR/USD məzənnəsində də sürpriz dalğalanma müşahidə edilməyib.

Beləliklə,yekun nəticələrin açıqlanması öncəsi, yəni son 2 həftə ərzində artıq 1.10$-a kimi bahalaşan EUR/USD məzənnəsi bu gün səhər yenidən ucuzlaşmağa başlayıb. Avro 1.10$-ın altında qalarsa, 1.0820 və 1.0725$-a kimi də ucuzlaşa bilər.

GBP

Bazar ertəsi 1.2950$-a kimi ucuzlaşan funt/dollar məzənnəsi isə 1.2807 və 1.2750$-a kimi də ucuzlaşa bilər. Bu həftə ərzində maliyyə bazarlarında Böyük Britaniya ilə Avropa Birliyi arasında ayrılıq danışıqları, Böyük Britaniya Mərkəzi Bankının may ayı üzrə monetar siyasət qərarı və FED-in iyun ayı üzrə faiz artımı gözləntiləri investorların diqqət mərkəzində olacaqdır.

TRY

Türkiyə maliyyə bazarlarında Türk lirəsi 3.54 lirəyə kimi ucuzlaşıb və 3.60 lirəyə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Ölkədə inflyasiyanın artması, gələcək günlər ərzində lirəyə olan təzyiqləri də artıra bilər.

OIL

Enerji bazarlarında isə bazarlarda təklifin artması ilə neft qiymətlərinin 47$-a kimi ucuzlaşmasının şahidi oluruq. Gələcək günlərdə də Avropanın Brent markalı neftinin bir bareli üzrə fyuçerslərinin 47 və 50$ aralığında ticarət olunacağı proqnozlaşdırılır.

GOLD

Əlvan metallar bazarlarında isə qızıla olan tələbin yenidən artdığı müşahidə edilir. Belə ki, artıq cari həftənin ilk günündə 1235$-a (39.6 $/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1249$-a (40.1 $/qram) kimi də dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti