ƏƏSMN ilə SESRİC arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

ƏƏSMN ilə SESRİC arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqat Mərkəzi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Musa Kulaklıkaya ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müasir və demokratik bir ölkə olan, beynəlxalq münasibətlər sistemində fəal rol oynayan Azərbaycanın islam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrini də inkişaf etdirdiyini vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatının (İƏT), İSESKO-nun, müsəlman ölkələrini birləşdirən digər təşkilatların üzvü olan Azərbaycan həmişə İslam həmrəyliyinə mühüm töhfələrini verir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın mövqeyinin güclənməsinə yönəlib. Eyni zamanda, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmlənməsi kimi vacib bir məqsədə xidmət edir”.

Nazir İslam ölkələri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələrin formalaşması və genişlənməsində İƏT-in önəmli rolunu qeyd edib: “Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması bu əməkdaşlıqda yeni inkişaf mərhələsinə yol açacaq. Mərkəzin Nizamnaməsi artıq təsdiq edilib. İƏT-ə üzv dövlətlərin Əmək Nazirləri Konfransının Rəhbər Komitəsinin ötən ay Cakartada (İndoneziya) keçirilən ikinci iclasında da bu məsələ gündəlikdə olub. İclasda qəbul edilmiş yekdil qərara əsasən, üzv dövlətlərin Əmək Nazirlərinin bu ilin noyabrında Səudiyyə Ərəbistanında təşkil olunacaq 4-cü konfransında həmin Nizamnamənin imzalanması mərasiminin keçirilməsi və Əmək Mərkəzi ilə bağlı təqdimatların edilməsi nəzərdə tutulub”.

S.Müslümov ötən dövrdə İslam ölkələrində statistika, iqtisadi və sosial sahələrdə mövcud vəziyyətlərin təhlili, təcrübələrin və texniki məlumatların mübadiləsi sahəsində SESRİC-in gördüyü işləri yüksək dəyərləndirib. O, həmçinin bu qurumun “İƏT-in Potensialının gücləndirilməsi” proqramı çərçivəsində İƏT-ə üzv ölkələrdə, o cümlədən Azərbaycanda əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində aktual mövzularda həyata keçirdiyi təlim proqramlarının əhəmiyyətini diqqətə çatdırıb: “İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətinin uğurlu təşkilində də SESRİC-lə qarşılıqlı əməkdaşlığa xüsusi önəm veriləcək”.

Son 13 ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən bəhs edən S.Müslümov bu dövrdə 3,4 dəfə iqtisadi artımın əldə edildiyini, əhalinin gəlirlərinin 7,9 dəfə, orta aylıq əmək haqqının 6,4 dəfə artdığını, 1,7 milyondan çox yeni iş yerinin yaradıldığını, işsizliyin 5 faizə, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olmaqla 5 faizə endiyini qeyd edib. Nazir Azərbaycanda müsbət demoqrafik proseslərin davamı olduğunu, ötən il ölkə əhalisinin sayının daha 104,4 min nəfər və ya 1,1 faiz, cari ilin əvvəlindən isə 13,7 min nəfərə yaxın, yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatdığını bildirib.

Demoqrafik inkişaf meyllərinə uyğun şəkildə yeni uzunmüddətli Məşğulluq Strategiyasının hazırlandığını diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində aparılan islahatlar barədə də məlumat verib. O, qeyd edilən sahələr üzrə avtomatlaşdırılmış sistemlər (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) üzərində müasir və şəffaf idaretmə mexanizmlərinin və xidmətlərin formalaşdığını vurğulayıb. Nazir bildirib ki, bu gün ayrı-ayrı ölkələr bu mütərəqqi sistemlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə maraq göstərirlər: “İslam ölkələri ilə də müvafiq sahələrdə elektron texnologiyaların tətbiqi üzrə təcrübə mübadilələrinin aparılması faydalı olardı. Bu sahədə, habelə insan kapitalının inkişafı, əmək resurslarının rəqabət qabiliyyətinin artırılması, əmək bazarı proqramlarının hazırlanması və səmərəli icrası, əmək münasibətləri və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün SESRİC-in fəaliyyəti müstəvisində də imkanlar nəzərdən keçirilə bilər”.

M.Kulaklıkaya Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsində fəal rolunu yüksək dəyərləndirib, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının İslam ölkələrinin əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, rəhbəri olduğu təşkilatın fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib. M.Kulaklıkaya SESRİC-in İƏT-in Əmək Mərkəzi ilə daim sıx əməkdaşlıqda fəaliyyət göstərəcəyini, əmək və sosial müdafiə sahələrində əlaqələrin gələcəkdə genişləndirilməsinin vacibliyini, bunun üçün onlar tərəfindən müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.

Görüşdə ƏƏSMN və SESRİC arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Bütün xəbərlər