Bakı. Anaxanım Hidayətova - Trend:
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir.
Bunu Trend-ə “InfraNews” tədqiqat mərkəzinin baş direktoru, nəqliyyat sahəsində ekspert Aleksey Bezborodov deyib.
Ekspertin sözlərinə görə, layihənin reallaşdırılması sərhədyanı ticarətin artımına gətirib çıxaracaq ki, bu da lokal tranziti genişləndirəcək.
O qeyd edib ki, layihənin icra olunmasından sonra qida, ağac emalı və digər məhsulların istehsalı genişlənə bilər. Bunun əsasında layihənin iştirakçısı olan ölkələr öz iqtisadiyyatlarını artıra bilərlər.