Bakı. Trend:
Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel tarixinə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir.
Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.
Bu ilin 30 aprel tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.