...

Sabunçuda zeytun təsərrüfatı yaradılır

İqtisadiyyat Materials 7 İyun 2017 10:28 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Sabunçuda zeytun təsərrüfatı yaradılır

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, corab, qablaşdırma materialı və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti