...

"Günəşli" yatağında yeni quyu istismara verilib

İqtisadiyyat Materials 9 İyun 2017 11:07 (UTC +04:00)
“Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Günəşli" yatağında yeni quyu istismara verilib

Bakı. Trend:

“Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3998-3940 metr intervaldan sutkalıq 16 ton kondensat və 110 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti