...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

İqtisadiyyat Materials 16 İyun 2017 13:08 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəmi təmiri üçün boyaların açıq müsabiqə üsulu ilə satın alınmasını elan edib.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəmi təmiri üçün boyaların açıq müsabiqə üsulu ilə satın alınmasını elan edib.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 20 iyun 2017-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 22 iyun 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 23 iyun 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti