...

"Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə" yatağında 2D seysmik işləri aparılır

İqtisadiyyat Materials 22 İyun 2017 10:58 (UTC +04:00)
"Səngəçal dəniz-Duvannı dəniz-Xərə-Zirə" yatağında 2D seysmik işləri aparılır.
"Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə" yatağında 2D seysmik işləri aparılır

Bakı. Trend:

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Səngəçal dəniz-Duvannı dəniz-Xərə-Zirə” yatağında 2D seysmik işləri uğurla davam etdirir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılan seysmik işlərə mart ayında start verilib.

Ümumilikdə, 380 xətti kilometr həcmində işlərin 300 xətti kilometrlik hissəsi artıq görülüb. Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti