...

NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb

İqtisadiyyat Materials 11 İyul 2017 14:50 (UTC +04:00)
NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb .
NIKOIL | Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidmətini açıb

Bakı. Trend:

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün SMS-bankinq xidməti – sadə və eyni zamanda müasir və rahat xidmətdir. Bu xidmət banka gəlmədən, evdən və ya ofisdən çıxmadan, xaricdə olarkən 24 saat ərzində hesabın balansına və hesab üzrə əməliyyatlara mobil telefona daxil olan mesaj vasitəsilə nəzarət etməyə imkan yaradır.

SMS-bankinq pul vəsaitlərinin hesaba mədaxili (köçürmələr), pul vəsaitlərinin hesabdan köçürülməsi, cari nağd vəsaitin hesaba artırılması, hesab üzrə cari qalıq haqqında xəbərdarlıq almaq imkanı yaradır.

SMS-bankinq xidmətinə qoşulmaq üçün ərizə yazıb onu müştərinin xidmət olunduğu Bankın bölməsinə təqdim etmək lazımdır.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti