...

Nazir müavini: Azərbaycan Fransa ilə əməkdaşlığa xüsusi önəm verir

İqtisadiyyat Materials 14 İyul 2017 21:02 (UTC +04:00)
Azərbaycan Fransa ilə əməkdaşlığa xüsusi önəm verir.
Nazir müavini: Azərbaycan Fransa ilə əməkdaşlığa xüsusi önəm verir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Fransa ilə əməkdaşlığa xüsusi önəm verir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Fransanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, ikitərəfli səfərlər, layihələr əməkdaşlığın inkişafına töhfəsini verib:

"Bu günə qədər iki tərəf arasında 60-a yaxın sənəd imzalanıb. Ölkələr arasında ticarət əlaqələri inkişaf edir. Düşünürük ki, bu əlaqələri daha da genişləndirə biləcəyik. Hazırda Azərbaycanda 55 fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri Azərbaycana 2,2 milyard sərmayə qoyub".

S.Babayed əlavə edib ki, regionlararası münasibətilər geniş vüsət alıb: "Regionlararası əlaqələr üzrə idarəetmə komissiyası yaradılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti