Elman Babayev: Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda dayanır

Elman Babayev: Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda dayanır

Bakı. Trend:

“Azərbaycanın sosial dövlət statusunu xarakterizə edən amillərdən biri də sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amilinin daim ön planda dayanmasıdır. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkədə uğurlu iqtisadi şaxələndirməyə şərait yaratmaqla, əmək bazarında da inkişaf meyillərinə, əmək resurslarının məşğulluğuna yönələn kompleks tədbirlərin həyata keçirilməsinə təminat yaradıb”.

Bunu Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, davamlı dövlət dəstəyi nəticəsində özəl sektorun daim genişlənməsi, yeni sənaye zonalarının, əmək tutumlu çoxsaylı yeni istehsal və emal müəssisələrinin yaradılması, kənd təsərrüfatının, turizmin, inşaat sektorunun inkişafı və s. nəticəsində son on ildə ölkədə 1,6 milyondan çox, cari ilin 6 ayında daha 122 min yeni iş yeri açılıb: “Bu inkişaf prosesləri nəticəsində sosial-iqtisadi inkişafda mühüm uğurlar olaraq, ölkədə yoxsulluq və işsizliyin səviyyəsinin aşağı səviyyədə (5 faiz civarında) saxlanılmasına nail olunub. Beynəlxalq təsnifata görə, demoqrafik baxımdan cavan yaş strukturuna malik Azərbaycanda gənclərin məşğulluğunun artırılması da diqqətdə saxlanılır. Aparılan məqsədyönlü siyasət gənclər arasında işsizlik səviyyəsinin 9,4%-ə enməsinə səbəb olub. Azərbaycan hazırda gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan bu hesabata əsasən əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir”.

Şöbə müdiri sosial rifahda səmərəli vasitə olan məşğulluğun təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də işəgötürənlərlə fəal əməkdaşlıq müstəvisində məqsədyönlü işlərin davam etdirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, aktiv məşğulluq tədbirlərinin davamı kimi, 2016-cı ildə Nazirliyin məşğulluq orqanları tərəfindən əlavə olaraq 56 631 nəfər, 2017-ci ilin 6 ayında 33 654 nəfər işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub: “Prezident İlham Əliyevin uğurlu islahatlar kursu dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin hökm sürdüyü şəraitdə ölkəmizdə sabit iqtisadi inkişaf tempinə imkan verməklə, əmək bazarında da qlobal böhranın təsirlərinin yarada biləcəyi gərginlik risikinin qarşısının alınmasına, bu sahədə sabitliyin qorunub saxlanmasına imkan verib. Eyni zamanda, dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə uyğun olaraq əmək resurslarının məşğulluğunun təmin olunması üçün görülən birgə tədbirlər xüsusi önəm kəsb edib. Bunun əyani göstəricisi kimi, cari ilin 6 ayında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,6 faiz azalma özünü göstərib. Həmçinin işsiz statusu verilənlərin sayı müqayisə olunan dövrə nisbətən son 6 ayda 30,8 faiz, işsizlik müavinəti təyin edilənlərin sayı 21,8 faiz azalıb”.

E.Babayev qeyd edib ki, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması məşğulluq imkanlarının artırılmasında önəmli rola malikdir. Bununla əlaqədar peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında uyğunluğun təmin edilməsinə yönələn “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: “ƏƏSMN-nin aktiv məşğulluq tədbirlərinin istiqamətlərindən biri də işçi qüvvəsinin keyfiyyətinin, əmək bacarıqlarının artırılmasına yönəlib. Misal üçün, yalnız son üç ildə və cari ilin ilk yarımilində nazirliyin xətti ilə 14 mindən çox şəxs əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Nazirliyin regional peşə tədrisi mərkəzlərinin maddi-texniki imkanları artırılmaqla yanaşı, bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işləri də aparılır. Kadr hazırlığının dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə son 5 il ərzində nazirlik tərəfindən ölkədə 350-dək peşə standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib”.

Əmək bazarında və ümumən sosial-iqtisadi inkişafda özünüməşğulluq amilinin mühüm rolunu diqqətə çatdıran E.Babayev bu gün Azərbaycanın aktiv məşğulluq tədbirləri sahəsində uğurlu təcrübələrindən birinin də məhz özünüməşğulluğun təminatı ilə bağlı olduğunu vurğulayıb: “Ölkədə son illərdə bu istiqamətdə icra olunan layihələr müsbət nəticələrini vermişdi. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı isə artıq dövlət səviyyəsində və bütün ölkəni əhatə edən, geniş formatda özünüməşğulluq proqramının icrasına əsas yaratdı. Proqramın məqsədi dövlətin maliyyə və institisional dəstəyi ilə işsiz və işaxtaran vətəndaşların ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarının qurulmasına, bununla onların və əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri müqabilində gəlirlərini artırmalarına, biznesə çıxış imkanlarına malik olmalarına şərait yaradılmasıdır”.

Nazirlik rəsmisi proqramın Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində və dünya praktikasında müvafiq sahədə qəbul olunmuş meyarlara əsasən icra olunduğunu deyib: “İlk mərhələdə proqrama cəlb olunmaq üçün müraciət edənlər arasından bunun üçün potensial imkanları olan şəxslər seçilərək onlar üçün biznesin təşkili kursları təşkil olunub. Kurslar isə BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılıb. Təlim kurslarını bitirmiş və bu kurslar zamanı hazırladıqları biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Həmin biznes planların 84%-i kənd təsərrüfatı, qalan hissəsi xidmət, istehsal sahələrinə aiddir. 2017-ci ilin fevralından isə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilir. 1400 nəfərdən artıq 860 nəfərədək işsiz və işaxtaran aktivlərlə təmin edilib və proqramın 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur”.

E.Babayev diqqətə çatdırıb ki, dövlətin öz vətəndaşının məşğulluğuna və ailə gəlirlərini artırmalarına xüsusi qayğısı kimi, dövlət tərəfindən əvəzsiz olaraq verilən bu aktivlər hesabına həmin insanlar ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını uğurlu şəkildə formalaşdırıblar. Özünüməşğulluq proqramını yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirib, bunun çox böyük perspektivi və artıq yaxşı nəticələrinin olduğunu vurğulayıb. Dövlətimizin başçısı deyib: “Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”.

Şöbə müdiri ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinin aktiv məşğulluq tədbirlərinin miqyasının, xüsusən də özünüməşğulluq proqramın əhatə dairəsinin dəfələrlə genişlənməsinə əsaslı təminat yaradacağını vurğulayıb: “Proqram ölkəmizdə işsizlik səviyyəsinin daha da azalmasına imkan verəcək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına, ailə biznesinin genişlənməsinə, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin sayının artmasına, iş yerlərinin yaradılmasına mühüm dəstək olacaqdır”.

İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Bütün xəbərlər