...

Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İqtisadiyyat Materials 3 Oktyabr 2017 10:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qeyri-neft sektoru sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Şahin Mustafayev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin təyin olunan rəhbəri Kestutis Yankauskasla görüşdə deyib.

Görüşdə Ş.Mustafayev K.Yankauskası Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyəti dövründə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycan və Aİ arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir. Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı son 10 ildə eyri–neft sektoruna birbaşa investisiyalarda isə Aİ ölkələrinin Azərbaycanda Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Aİ tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım da göstərilib.

Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Aİ ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.

Görüşdə həmçinin, yeni Avropa İttifaqı-Azərbaycan Sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu Sənədə önəm verdiyi qeyd edilib.

K.Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd olunub ki, yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır. Azərbaycan və Aİ arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan K.Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib.

K.Yankauskas Aİ-nin genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycanın iqtisadiyyat nazirini Brüssele dəvət etdiyini də diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti