Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda turizm şirkətlərinin vahid reyestri hazırda parlamentdə ikinci oxunuşda müzakirə olunan “Turizm haqqında” qanunun qəbulundan sonra hazırlanacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O qeyd edib ki, turizm sektorunun lisenziyalaşdırılmasını bərpa etmək planlaşdırılmır: “Amma reyestr çox vacibdir, çünki bu sektorda bəzən qeyri-peşəkar davrananlar da olur. Biz buna icazə verə bilmərik”.
Ə.Qarayev vurğulayıb ki, reyestr hökumətə turizm şirkətlərini məsuliyyətə cəlb etməyə imkan verəcək ki, onlar müştərilərə daha keyfiyyətli xidmət göstərsin.