...

Azərbaycan BVF və DB Qrupunun İllik Toplantısında iştirak edəcək

İqtisadiyyat Materials 11 Oktyabr 2017 09:25 (UTC +04:00)
11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.
Azərbaycan BVF və DB Qrupunun İllik Toplantısında iştirak edəcək

Bakı. Trend:

11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov təmsil edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti