...

Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub

İqtisadiyyat Materials 24 Oktyabr 2017 10:56 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub

Bakı. Azad Həsənli - Trend:

1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib.

O qeyd edib ki, bunun 111 milyard dollarını xarici investisiyalar təşkil edir.

S.Babayev qeyd edib ki, Azərbaycanda 800-dən artıq xarici şirkət fəaliyyət göstərir.

Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya siyasəti və bu sahədə həyata keçirilən hüquqi və institusional islahatları diqqətə çatdıran nazir müavini konfransın investisiyalar sahəsində fikir mübadiləsinin aparılması, yeniliklərin öyrənilməsi və təcrübə mübadiləsi baxımından önəmini vurğulayıb.

Bildirilib ki, Azərbaycanda yaradılmış siyasi və iqtisadi sabitlik, biznesə başlamaq üçün prosedurların sadəliyi, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe Azərbaycanı xarici iınvestisiyalar üçün cəlbedici ölkəyə çevirib.

Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarınm, beynəlxalq təşkilatların, о cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərdən nümayəndələr və iş adamları iştirak edib. Azərbaycan tərəfdən konfransa böyük maraq göstərilib və tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti