...

Aydın Əliyev: DGK gələn il büdcəyə daxilolmalar üzrə proqnozu tam icra etmək niyyətindədir

İqtisadiyyat Materials 25 Oktyabr 2017 11:33 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.
Aydın Əliyev: DGK gələn il büdcəyə daxilolmalar üzrə proqnozu tam icra etmək niyyətindədir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:

“Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə gələn il üçün proqnozu yerinə yetirə biləcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti