Aİ Azərbaycana vergi xidmətlərinin səviyyəsini qaldırmağa kömək edir (FOTO)

Aİ Azərbaycana vergi xidmətlərinin səviyyəsini qaldırmağa kömək edir (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan vergi ödəyicilərinə təqdim olunan vergi xidmətlərinin səviyyəsini qaldırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) ilə birgə tvininq layihəsinin təqdimatında vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.

E.Məmmədov bu mühüm layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Aİ yerli nümayəndəliyinə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəmizin vergi sistemində tətbiqinə çalışır. Bildirilib ki, vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, çevik vergi inzibatçılığının yaradılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi kimi məqsədlərə xidmət edir. Əsas istiqamətlər sırasında vergi xidmətlərinin və könüllü vergi ödəmələrinin səviyyəsinin artırılması mühüm yer tutur. Vergi ödəyicilərinə göstərilən xidmətlərin ildən-ilə təkmilləşdirilməsi, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının ən son yeniliklərinin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır.

Sözügedən layihənin cari ilin mart ayından tvinninq yardım aləti vasitəsilə həyata keçirildiyini bildirən nazirin müşaviri, İspaniya Krallığı və Fransanın vergi administrasiyalarının layihə çərçivəsində partnyor ölkələr qismində çıxış etdiyini söyləyib. Qeyd olunub ki, A--nin maliyyə dəstəyi ilə həyata keçirilən yeni tvinninq layihəsi Azərbaycan ilə Aİ arasında səmərəli əməkdaşlığın real nəticəsi olmaqla yanaşı, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında və çevik vergi inzibatçılığının həyata keçirilməsində irəliyə doğru növbəti mühüm addımdır.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, ümumi müddəti 27 ay, büdcəsi isə 1,3 milyon avro məbləğində müəyyən edilən layihə 4 əsas komponentdən ibarətdir. Bu komponentlərə vergi ödəyicilərinə xidmət prosesləri üzrə davamlı İnkişaf Proqramının yaradılması, xidmətlərə tələbatın müəyyənləşdirilməsi və idarə olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, mövcüd göstəricilərin təkmilləşdirilməsi və qabaqcıl metodologiyalara əsaslanaraq bütün xidmət kanalları üzrə səmərəliliyin artırılması üçün məlumatların təhlili mexanizmlərinin yaradılmasının daxil olduğu vurğulanıb.

Bildirilib ki, layihə çərçivəsində İspaniya və Fransanın vergi administrasiyalarının mütəxəssisləri, eləcə də Avropa İttifaqının ekspertləri Vergilər Nazirliyinin əməkdaşları ilə öz ölkələrinin və Aİ-yə daxil olan digər ölkələrin mütərəqqi təcrübələrini bölüşürlər. Layihə çərçivəsində artıq bir sıra seminarlar və təlimlər təşkil olunub. Bu təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatı və keyfiyyətinin yüksəldilməsinə mühüm təsirini göstərəcək.

Layihə 5 əsas nəticənin əldə olunmasını qarşıya məqsəd qoyub. Birinci məqsəd vergi ödəyicilərinə göstərilən xidmətlərin təşkilinin optimallaşdırılması məqsədi ilə müasir tələblərə cavab verən metodoloji yanaşmanı və idarəetmə mexanizmlərini əhatə edən davamlı inkişaf proqramının hazırlanmasıdır. Qəbul ediləcək davamlı inkişaf proqramına uyğun pilot layihənin həyata keçirilməsi, resursların bölgüsünün optimallaşdırılması, xidmətlərin yüksək səviyyədə göstərilməsi və əməletmə xərclərinin azaldılması məqsədi ilə vergi ödəyicilərinə xidmət sahəsində tələbatın idarə olunması mexanizminin yaradılması, bütün xidmət kanallarının səmərəliliyinə nəzarət etməyə, onları təhlil edərək təkmilləşdirməyə və xidmət kanallarından istifadə səviyyəsini qiymətləndirməyə imkan verən əsas fəaliyyət göstəriciləri və hədəflərdən ibarət metodologiyanın işlənib hazırlanması növbəti məqsədlərə aiddir. Bununla yanaşı, göstərilmiş xidmətlərin vergi ödəyicilərinin könüllü əməletməsi səviyyəsinə təsirini təhlil etməyə və qiymətləndirməyə imkan verən mexanizmlərin və texniki tələblərin hazırlanması da nəzərdə tutulur.

Vurğulanıb ki, qarşıya qoyulmuş hədəf məkandan, vaxtdan, əməkdaşın və vergi ödəyicisinin kimliyindən və digər subyektiv amillərdən asılı olamayaraq, vergi ödəyicilərinə xidmətlərin eyni səviyyədə göstərilməsini təmin etməkdir.

Sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv palnlar barədə çıxış edib. K.Jankauskas qeyd edib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyinə resurslardan optimal istifadə olunması və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində dəstək” tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaqdır.

Tədbirdə Aİ-nin və aidiyyəti ölkələrin səfirləri, İqtisadiyyat və Vergilər nazirliklərinin, İspaniya Vergi Agentliyinin nümayəndələri, layihə rəhbərləri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Loading Bars
Xəbər lenti
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Bütün xəbərlər