...

İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edib

İqtisadiyyat Materials 26 Oktyabr 2017 14:56 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edib.
İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edib

Bakı. Trend:

BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə İqtisadiyyat Nazirliyi BMT-nin Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edib.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Müsabiqəyə aşağıdakı sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:

İqtisadi:

innovativ start-up;
ən yaxşı innovativ biznes inkubatorlar;
innovativ istehsal metodları;
elmi və yüksək texnoloji avadanlıqlar və bu sahədə yeni mexanizmlər;
səmərəli elm tutumlu istehsal və istehlak modelləri;
daha az kapital tutumlu infrastruktur;
sənaye sahəsində nanotexnologiyaların tətbiqi ilə texniki imkanların artırılması mexanizmi;
nanomateriallar və nanotexnologiyalar.

Sosial:

innovativ sosial xidmətlər;
səhiyyə, təhsil və qida təhlükəsizliyi;
cəmiyyətin bütün qruplarının cəlb edilməsi üçün fəal ictimai proqramlar;
mədəni və təbii irsin qorunması;
yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi;
urbanizasiya;
turizm sahəsində innovativ fəaliyyət;

Ekoloji:

yaşıl iqtisadiyyat;
təmiz və ekoloji baxımdan uyğun texnologiyaların tətbiqi;
ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;
enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə;
iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;
dəniz və sahilyanı ekosistemlər;
yer və daxili təmiz su ekosistemləri;
meşələrin qorunması, bərpası və dayanıqlı istifadəsi;
biomüxtəlifliyin qorunması;

Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər

Texniki-iqtisadi əsaslandırılmış;
İnnovativ layihələrin perspektivliyi;
Sahələr üzrə prioritetliyi;
İqtisadi səmərəliliyi;
Həyata keçirilməsinin mümkünlüyü.

Layihələrin təqdim edilməsi müddəti

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini 2017-ci ilin 5 dekabr tarixinədək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya elektron poçt ([email protected], [email protected]) ünvanlarına təqdim edə bilərlər.

Müsabiqə qalibləri üçün mükafatlar:

Birinci yer – 3 000 manat
İkinci yer – 2 000 manat
Üçüncü yer – 1 000 manat.

Müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir.

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinə müraciət etmək olar:

Ünvan: AZ 1000, Bakı, Azərbaycan, Ü.Hacıbəyli küç.,84 (Hökumət Evi), əlaqələndirici şəxs: Nərmin Babayeva, tel: 310-28-00 (daxili 23-68).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti