...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək

İqtisadiyyat Materials 29 Oktyabr 2017 20:00 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə beynəlxalq nəqliyyat potensialı ildə 50 milyon ton yük təşkil edəcək.

Bu barədə Trend-ə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyində bildirilib.

Nazirlikdən bildiriblər: "BTQ həm Asiya, həm də Avropaya yeni dünya bazarlarına çıxışa kömək edəcək".

Nəqliyyat Nazirliyindən qeyd olunub ki, oktyabrın 30-da Bakıda rəsmi açılışı keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolu regionda ən böyük nəqliyyat layihələrindən biridir.

Qeyd edək ki, Bakı-Tbilisi-qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan saziş əsasında qurulub. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti