...

"Kapital Bank" çempion olub

İqtisadiyyat Materials 30 Oktyabr 2017 10:58 (UTC +04:00)
"Kapital Bank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub.
"Kapital Bank" çempion olub

Bakı. Trend:

"Kapital Bank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Oktyabrın 27-də banklar arasında keçirilən tədbirdə ölkənin 13 bankının, ümumilikdə 100-dək əməkdaşla iştirak edib.

3 mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti