...

Aİ: BTQ-nin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır

İqtisadiyyat Materials 30 Oktyabr 2017 17:04 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.
Aİ: BTQ-nin açılışı nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır

Bakı. Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır.

Trend-in məlumatına görə, bu Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır ki, bu da sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaqdır. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.

Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləmişdir. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcəkdir".

Bəyanatda qeyd edilir ki, təşkilat enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti