...

Son hərracda sərmayəçilər biznes portfellərinə uyğun əmlak sahibi olub (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2017 12:59 (UTC +04:00)
Bu gün keçirilən hərracda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olub.
Son hərracda sərmayəçilər biznes portfellərinə uyğun əmlak sahibi olub (FOTO)

Bakı. Trend:

Bu gün keçirilən hərracda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olub.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Son hərrac da rəqabətli keçib. Nəqliyyat vasitələri üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif markalı avtomobillərə alıcı marağı yüksək olub. Özəlləşdirilməyə çıxarılan "Kia Sportage" nəqliyyat vasitəsinə 5 sifariş verilib. İlkin start qiyməti 4000 manata olan bu avtomobil ən son 10 min 300 manata özəlləşdirilib. Eyni tendensiya "Daewoo Leganza" markalı avtomobilin hərracında da müşahidə edilib. İlkin start qiyməti 1127 manata olan Daewoo Leganza 1900 manata sahibini tapıb.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Biləsuvar və Ağstafa şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvarda yerləşən ümumi faydalı sahəsi 106,2 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kv.m təşkil edir. Torpaq sahəsi isə 3170 kv.m-dir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 108 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir.

Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti