...

Beynəlxalq yük daşımaları üçün R2 lisenziyası

İqtisadiyyat Materials 20 Noyabr 2017 10:34 (UTC +04:00)
Türkiyə Respublikasının nəqliyyat, dəniz işləri və rabitə nazirliyi sentrabrın 25-i 2017-ci il tarixində AsstrA-Associated Traffic AG-nin Türkiyə filialı olan AsstrA Lojistik ve Taşımacılık Organizasyonu L.S-yə R2 beynəlxalq yük daşımaları üçün lisenziya verib.
Beynəlxalq yük daşımaları üçün R2 lisenziyası

Bakı. Trend:

Türkiyə Respublikasının nəqliyyat, dəniz işləri və rabitə nazirliyi sentrabrın 25-i 2017-ci il tarixində AsstrA-Associated Traffic AG-nin Türkiyə filialı olan AsstrA Lojistik ve Taşımacılık Organizasyonu L.S-yə R2 beynəlxalq yük daşımaları üçün lisenziya verib.

R2 lisenziyası ilə türkiyəli müştərilər və nəqliyyat partnyorları üçün dəyər zəncirində kənar vasitəçilərin iştirakını istisna edərək, AsstrA-nın Türkiyədəki filialı ilə birbaşa olaraq müqavilə bağlamaq imkanı yarandı. Bu, bizim partnyorlarımıza ödəmələri türk lirəsi ilə həyata keçirmək imkanı verəcək.

Bu üstünlük Asiyada müştəri bazasını genişləndirməyə şərait yaradacaq, həmçinin, AsstrA-nın mövcud türk partnyorları ilə əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq. Türk lirəsi ilə ödəmələr həm də beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üçün cəlbedici şərait əldə etmək məqsədilə bu regionda nəqliyyat partnyorları şəbəkəsini yaxşılaşdırmağa imkan verir.

AsstrA-Assosiated Traffic AG şirkəti müştərilərini tanınmış marşrutlar üzrə beynəlxalq yükdaşımalarının təşkilində optimal yükdaşıma imkanları ilə təmin etmək məqsədilə onlarla yaxınlaşmaq üçün növbəti addım atdı. AsstrA-nın İstanbul filialının rəhbəri Yelena Firsovanın şərhinə görə: “Müştərilərimizlə əlaqə saxlamaq, onların sorğu və arzularına dərhal münasibət bildirmək bizim üçün vacibdir. R2 lisenziyasının əldə edilməsi bizim müştəri yönümlü olduğumuzun təsdiqidir. Biz öz həmkarlarımıza daha yaxın olduq və bu, düzgün istiqamətdə atılmış addım idi”.

R2 lisenziyası beynəlxalq ticarət yollarının kəsişdiyi, Şərqlə və Qərb, Asiya və Avropa arasında körpü olan Türkiyədə AsstrA şirkətinin iştirakının göstəricidir. AsstrA-nın Türkiyə ofisinin strateji mövqeyi müştərilərimizə 27 trilyon dollarlıq ÜDM istehsal edən və ümumi olaraq 1.6 milyard insanı əhatə edən çoxsaylı bazarlara giriş imkanı yaradır. Xarici ticarətin həcmi, 8 trilyondan artıqdır və bu, qlobal ticarətin ümumi həcminin yarısına bərabərdir. Verilən məlumatlar, bu regionda beynəlxalq yükdaşımaya böyük tələb olduğunu göstərir.

Şirkət haqqında arayış:

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün: email: [email protected], mоб.: +994 55 813 59 74, whatsApp & Viber: +48 576147796, website: http://www.asstra.com/az/, fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti