...

Türkiyədə ən çox ev alan əcnəbilər arasında azərbaycanlılar üçüncü oldu - RƏSMİ

İqtisadiyyat Materials 23 Noyabr 2017 16:32 (UTC +04:00)
2017-ci ilin oktyabr ayında Türkiyədə Azərbaycan vətəndaşları 278 daşınmaz əmlak alıblar.
Türkiyədə ən çox ev alan əcnəbilər arasında azərbaycanlılar üçüncü oldu - RƏSMİ

Bakı. Rufiz Hafizoğlu - Trend:

2017-ci ilin oktyabr ayında Türkiyədə Azərbaycan vətəndaşları 278 daşınmaz əmlak alıblar. Bu barədə Trend Türkiyənin Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.

Ötən ay Türkiyədə daşınmaz əmlak əldə edən Azərbaycan vətəndaşları əcnəbilər arasında üçüncü sıradadırlar. Belə ki, oktyabrda Türkiyədə Səudiyyə Ərəbistanı vətəndaşları 528, İraq vətəndaşları 344, Azərbaycan vətəndaşları isə 278 daşınmaz əmlak alıblar.

Məlumata əsasən, cari ilin oktyabrında Türkiyədə əcnəbilər ümumilikdə 2 677 daşınmaz əmlak əldə ediblər ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 70,9% çoxdur.

Ümumilikdə ötən ay Türkiyədə 122 882 ədəd daşınmaz əmlak satılıb ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,7% azdır.

2017-ci ilin oktyabr ayında ən çox daşınmaz əmlak İstanbul və paytaxt Ankarada satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti