...

Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 23 Noyabr 2017 13:21 (UTC +04:00)
Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib.
Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib (FOTO)

Bakı. Trend:

Berlin şəhərində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, iclasda İşçi Qrupunun həmsədri, Azərbaycanın İqtisadiyyat Nazirliyinin aparatının rəhbəri Samir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin rəsmilərindən ibarət olub.

İclasda Almaniyanı İşçi Qrupun həmsədri, Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət İdarəsinin baş direktoru Ekhard Frantsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Almaniyan nümayəndə heyətinə müxtəlif federal nazirliklərin nümayəndələri, eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin, Şərqi Avropa Biznes Assosiasiyasının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya Ticarət və İnvestisiya Agentliyinin təmsilçiləri daxil olub.

İclas zamanı Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, enerji sektorunda, enerjiyə qənaət və alternativ enerji, təhsil, menecer təlimi, əczaçılıq, kənd təsərrüfatı, turizm və inkişaf naminə tərəfdaşlıq sahələrində əməkdaşlıq ətrafında müzakirələr keçirilib.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov İşçi Qrupun iclasında iştirak edib.

Görüşün sonunda İşçi Qrupun 8-ci iclasının 2018-ci ilin payızında Bakıda keçirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti