...

Şopinq Festivalında banklar alıcılara təqribən 3,4 milyon manatı geri qaytarıb

İqtisadiyyat Materials 5 Dekabr 2017 12:17 (UTC +04:00)
Oktyabrın 15-dən noyabrın 15-dək keçirilən ikinci Bakı Şopinq Festivalı zamanı banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıb.
Şopinq Festivalında banklar alıcılara təqribən 3,4 milyon manatı geri qaytarıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Oktyabrın 15-dən noyabrın 15-dək keçirilən ikinci Bakı Şopinq Festivalı zamanı banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıb.

Mədəniyyət və Turizm Nazirliyndən Trend-ə verilən məlumata görə, festival zamanı Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb.

Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Həmin mallara ƏDV qaytarılması - “Tax Free” imkanı təqdim olunub: "Payız Festivalının ilkin nəticələri göstərir ki, ikinci Bakı Şopinq Festivalı da ötən festival kimi uğurlu alınıb. Oktyabr ayı ərzində Azərbaycana 204,686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir".

Nazirlikdən bildirilib ki, festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın Tax Free sistemi çərçivəsində 48,422 ədəd hesab faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.

Alıcılar Baku Şopinq Festivalında 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin, ümumi alış məbləğinin 10.2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti