...

Araz supermarketlə birləşmədən sonra Favorit ilk marketini açdı (FOTO)

İqtisadiyyat Materials 8 Dekabr 2017 14:01 (UTC +04:00)
Araz supermarketlə birləşmədən sonra Favorit ilk marketini açdı.
Araz supermarketlə birləşmədən sonra Favorit ilk marketini açdı (FOTO)

Bakı. Trend:

Araz supermarketlə birləşmədən sonra Favorit ilk marketini açdı.

Bu gün Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 8/12 ünvanında Favorit Supermarketlər şəbəkəsinin yeni filialının açılışı oldu.

Yeni açılan filialda meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, qida, gigyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə verildi. Marketin daxilindəki “Xonça” un məmulatları bölməsindən siz müxtəlif növ şirniyyat və bulkular, tortlar və s. əldə edə bilərsiniz.

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və kampaniyalar nəzərdə tutulub. Açılışa özəl endirim və hədiyyə kampaniyası 10 dekabr tarixinədək davam edəcək. Bundan başqa, marketdən 100 manatlıq alış-veriş edən hər bir bonuskartlı müştəriyə Türkiyə istehsalı olan 26 sm-lik Akyıldız tava hədiyyə olunur.

2008-ci ildən fəaliyyət göstərən Favorit Supermarketlər şəbəkəsi daima müştəri məmnuniyyətini düşünərək yüksək xidmət və keyfiyyətə önəm verir, o cümlədən ucuz qiymətlə müştərilərinə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti