Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkə vətəndaşlarını kriptovalyutalardan istifadə etməməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə İqtisadiyyat Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nazir qeyd edib ki, kriptovalyutadan istifadə etməməyin bir sıra səbəbləri mövcuddur:
“Kriptovalyutaların təminatı və iqtisadi əsası yoxdur. Bu isə onun istifadəsində risklər yaradır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-ləri İstanbul birjasının öz kriptovalyutasını buraxmağı planlaşdırdığını yazmışdı.