...

Türkmənistan gəmisi Bakıda təmir olunur - FOTO

İqtisadiyyat Materials 23 Yanvar 2018 10:50 (UTC +04:00)
Türkmənistana məxsus gəmi Bakıda təmir olunur.
Türkmənistan gəmisi Bakıda təmir olunur - FOTO

Bakı. Maksim Tsurkov - Trend:

Türkmənistan Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikinitisi Zavodunda təmirə dayanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG) Trend-ə verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda, hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti AXDG-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti