...

Deputat: Azərbaycanlı iş adamları daha fəal olmalıdır

İqtisadiyyat Materials 25 Yanvar 2018 12:20 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Kiçik və orta sahibkarlıq (KOS) sahələrində fəaliyyət göstərən Azərbaycan biznesi daha çox fəallıq nümayiş etdirməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün bütün şərait yaradılıb və sahibkarlar ümumi daxili məhsulda KOS-un payının artırılması üçün yaradılan şəraitdən fəal istifadə etməlidirlər: "Bu gün ölkədə biznesin yoxlanılması üçün moratorium tətbiq olunub, bundan başqa, özünüməşğulluq üzrə müxtəlif layihələr icra olunur. Eləcə də, bu sektora texnoparkların, müxtəlif sahələr üzrə assosiasiyaların yaradılması da öz təsirini göstərir”.

R.Quliyev qeyd edib ki, KOS-un Azərbaycanın ümumi daxili məhsulunda payını dünya səviyyəsinədək qaldırmaq lazımdır: “Bu gün ABŞ iqtisadiyyatında KOS-un payı 60 faizə yaxındır. Yaponiyada bu rəqəm 55-65 faiz, İspaniyada – 70 faiz, Almaniyada isə 55 faizə yaxındır. Azərbaycan da göstəriciləri bu səviyyəyə çatdırmalıdır. Ölkədə sahibkarlığı təbliğ etmək, amma bununla yanaşı da riskləri izah etmək və sahibkarların biliklərini artırmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti