...

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 12 Fevral 2018 12:42 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR

Dünya valyuta birjalarında avronun qiyməti 1.22$-a kimi ucuzlaşdıqdan sonra 1.23$-a kimi bahalaşıb və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

Çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya səviyyəsinin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

GBP

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, funt sterlinqin də bahalaşmasına səbəb olub. 1.38$-ın üzərində dalğalanan GBP/USD məzənnəsi 1.3900$-a kimi bahalaşaraq, üzərində qalarsa, 1.4121$-a kimi də bahalaşa bilər.

İngiltərənin inflyasiyası ilə bağlı yayımlanacaq statistik göstəricilər də investorların diqqət mərkəzindədir. Göstəricilər çərşənbə axşamı saat 13:30-da dərc ediləcək.

TRY

Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.84TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və burada da dolların 3.76TL-ə kimi ucuzlaşması proqnozlaşdırılır.

NEFT

Foreks bazarlarında güclü dalğalanma, enerji bazarlarında da neft qiymətlərinə mənfi təsir edib. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 61$-a kimi dəyər itirib. Lakin yeni həftənin başlaması ilə 2$ dəyər qazanan Brent, 63.56$-ın üzərində möhkəmlənə bilərsə, gələcək günlərdə qiymətin 65.10 və 67.40$-a kimi bahalaşmasının şahidi ola bilərik.

QIZIL

Əlvan metallar bazarlarında isə qızıl qiymətlərində bu həftə bahalaşmanın şahidi ola bilməyimiz üçün yenidən 1325$-ın (42.5 $/qram) üzərində möhkəmlənməsi önəmli şərtlərdəndir. Hal-hazırda 1323$-ın (42.4 $/qram) üzərində təklif edilən qızıl fyuçersləri, bundan sonra 1343$-a (43.1 $/qram) kimi dəyər qazana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti