Bakı. Trend:
Azər Türk Banka yeni departament direktoru təyin edilib
Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib. R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.