...

Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

İqtisadiyyat Materials 12 Mart 2018 17:43 (UTC +04:00)
Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir
Azərbaycan-Hindistan birbaşa aviareysi açılacaq

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan və Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.

Trend-in məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və “Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:

“Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.

Qeyd edək ki, bir müddət əvvəl səfir Trend-ə açıqlamasında müntəzəm aviareyslərlə yanaşı kommersiya reyslərinin də işə salınması imkanının müzakirə olunduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti