...

Kriptovalyuta bazarı "oynayır" - Virtual pullar ucuzlaşdı

İqtisadiyyat Materials 13 Mart 2018 10:35 (UTC +04:00)
Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.
Kriptovalyuta bazarı "oynayır" - Virtual pullar ucuzlaşdı

Bakı. Trend:

Kriptovalyuta bazarında qiymətlərin qeyri-sabitliyi davam edir.

Trend-in məlumatına görə, bu gün səhər saatlarından başlayarq kriptovalyutaların hamısının qiymətində ucuzlaşma qeydə alınıb.

Qeyd edək ki, ucuzlaşma həm də dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiymətinə təsir edib. Belə ki, Trend-in "CoinMarketCap" portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 1,47% ucuzlaşaraq 9,42 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, "Ethereum" 1,71% və ya 710,99 dollaradək, "Ripple" 1,78% (0,8 dollara qədər), "Bitcoin Cash" isə 1,98% (1092,55 min dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 380,87 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti