Bakı. Trend:
AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
Bankdan Trend-ə daxil olan məlumata görə, ilk tender Atlassian JIRA ServiceDesk lisenziyasının əldə edilməsi üçün elan olunub.
Bununla yanaşı, Palo-Alto lisenziyasının və Cisco C600V – Email Security Virtual Appliance lisenziyasının əldə edilməsi üçün də daha iki tender elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 201 07 98 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2018-ci il mayın 2-də başa çatır.