...

Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb (FOTO)

İqtisadiyyat Materials 26 Aprel 2018 10:45 (UTC +04:00)
Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub.
Azərbaycanda Türkmənistana məxsus gəminin təmiri başa çatdırılıb (FOTO)

Bakı. Trend:

Türkmənistan Respublikasının Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda təmir olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, təmir vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilib.

Belə ki, zavodda gəminin sualtı və suüstü hissələri təmizlənib və rənglənib.

Bundan başqa, “Berkarar” gəmisinin hər iki baş mühərriki, dizel generatorları, 6 nasosu təmir olunub. Elektrik sistemləri sazlanıb. Eyni zamanda həm maşın şöbəsində, həm də göyərtdə boruquraşdırma işləri görülüb.

Təmirdən sonra gəmi dəniz sınağından keçib. Sınaq uğurla başa çatdırılıb.

Artıq gəmi sahibinə təhvil verilib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda güclü gəmi təmiri bazasına malikdir. Həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu mütəmadi xarici ölkələrdən sifarişlər alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti