...

İqtisadi böhran yaşayan Yunanıstan ABŞ-a 1,2 milyard avro ödəyəcək - NİYƏ?

İqtisadiyyat Materials 30 Aprel 2018 13:26 (UTC +04:00)
Yunanıstan F-16 qırıcılarının modernləşdirilməsi üçün ABŞ-a 1,2 milyard avro ödəyəcək.
İqtisadi böhran yaşayan Yunanıstan ABŞ-a 1,2 milyard avro ödəyəcək - NİYƏ?

Bakı. Trend:

Yunanıstan F-16 qırıcılarının modernləşdirilməsi üçün ABŞ-a 1,2 milyard avro ödəyəcək.

Trend-in məlumatına görə, Yunanıstan hökuməti müvafiq razılaşmanı artıq təsdiq edib.

İqtisadi böhran yaşayan bir ölkənin təyyarə modernləşdirilməsinə belə yüksək məbləğdə vəsait ayırmağa razılıq verməsi narazılıqla qarşılanıb.

Baş nazir Aleksis Tsipras isə narazılıqların doğru olmadığını, razılaşmanın iqtisadiyyata yük olmayacağını bildirib.

Yunanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, saziş çərçivəsində 85 qırıcı ABŞ-da, 25-si isə ölkə daxilində modernləşdiriləcək.

Rəsmi Afinanın Birləşmiş Ştatlara 1,2 milyard avronu ödəyə bilib-bilməyəcəyi isə iqtisadçıları çox narahat edir.

Qeyd edək ki, illərdir iqtisadi böhran yaşayan Yunanıstanda işsizlik səviyyəsi 30 faizə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti