...

Azərbaycan və Dünya Bankı şəhərsalma üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

İqtisadiyyat Materials 9 May 2018 12:04 (UTC +04:00)
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib.
Azərbaycan və Dünya Bankı şəhərsalma üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvini qəbul edib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə qurumlar arasında şəhərsalma planlaşdırılması sənədlərinin hazırlanması üzrə uzunmüddətli uğurlu əməkdaşlıq tarixçəsinin mövcudluğunun önəmi qeyd edilib.

Həmçinin gələcəkdə birgə reallaşdırılması mümkün olan layihələrin potensial istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti