...

Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edəcək

İqtisadiyyat Materials 18 May 2018 01:18 (UTC +04:00)
Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib
Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim edəcək

Bakı. Trend:

Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 17.1-ci bəndində “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilir.

Beləliklə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs aşağıdakılar barədə məlumatları kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti