Azərbaycan - Avropa İttifaqı biznes forumu keçirilib (FOTO)

Azərbaycan - Avropa İttifaqı biznes forumu keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda 4-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub.

İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə biznes foruma 800-ə yaxın iştirakçı qatılıb.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dair plenar sessiya, kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarətə dair 4 panel iclas, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov artıq ənənəvi olaraq keçirilən biznes forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ildə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 7 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən hüquqi baza yaradılıb.

İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42% olub və 9,4 mlrd. dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15% təşkil edib və 3,7 mlrd. dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 mlrd. ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 130-a yaxın tədbir keçirilib.

Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layhə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 mln. avroya yaxın dəstək göstərilib.

R.Məmmədov qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar davam edir. Artıq Qida Təhlükəsizliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı, Turizm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət agentlikləri, İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bu sahədə ixracın artırılması və ixracın diversifikasiyasıdir. Bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir. Yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır. Bundan başqa, 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Artıq sənaye parklarına 2,5 mlrd. dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə sənaye parklarına investisiya qoyuluşunun artacağı gözlənilir. Sənaye parklarında 11 mindən çox yeni iş yeri yaradılıb. Tranzit potensialının realaşdırılması üçün 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açılıb. İxracın genişləndirilməsi üçün “Made in Azerbaijan” brendi təşviq olunur, ixracatçılar üçün 11 dövlət dəstəyi mexanizmi tətbiq olunur.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankausskas, Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit çıxış edərək əvvəlki Azərbaycan-Aİ biznes forumları ilə müqayisədə bu ilki foruma daha çox iştirakçının qatıldığını qeyd edib, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıblar. Lourens Meredit çıxışında vurğulayıb ki, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqmətində gördüyü işlər və iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar təqdirəlayiqdir və Aİ tərəfindən yüksək qiymətləndirilir. Lourens Meredit bildirib ki, bu tədbirlər və aparılan islahatlar innovativ, rəqabətqabiliyyətli ixraca yönəlmiş, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyən tədbirlərdir. Azərbaycanın “Doing Business” hesabatında da yüksək nəticələr göstərdiyini bildirən Lourens Meredit diqqətə çatdırıb ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gördüyü işləri, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını, dövlət-özəl sektor əməkdaşlının genişlənməsini alqışlayır.

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Aİ-nin Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.

Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara həsr olunmuş panel iclasda çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dünya Bankının Azərbaycan üzrə ölkə rəhbəri Naveed Hassan Naqvi, Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit, Britaniya Biznes Qrupunun sədri Con Paterson müvafiq olaraq Azərbaycan iqtisadiyyatına, ölkəmizdə aparılan islahatlara və onların nəticələrinə, həyata keçiriləcək tədbirlərə dair fikirlərini bildiriblər. Con Paterson qeyd edib ki, Azərbaycanda çoxlu sayda şirkətlər fəaliyyət göstərir və aparılan islahatlar onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradır. Britaniya Biznes Qrupunun sədri diqqətə çatdırıb ki, son illər ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar daha çox investoru ölkəyə cəlb edib. Lourens Meredit isə bildirib ki, Azərbaycanda Qida Təhlükəsizliyi və Kiçik və Orta Sahibkarlığın İnkişafı agentliklərinin yaradılması təqdirəlayiq haldır, “ASAN” xidmət mərkəzlərindən məmnunluq səviyyəsi yüksəkdir və insan kapitalının inkişafı istiqamətində çoxsaylı addımlar atılır.

Kənd təsərrüfatı və qida sahəsinə dair paneldə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov, Fransa səfirliyinin iqtisadi xidmət şöbəsinin rəhbəri Serge Krebs, “Brightman” şirkətinin direktoru Afət Əhmədova, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, Aİ-nin Azərbaycan nümayəndəliyinin layihə rəhbəri Rainer Freund, “Danone” şirkətinin Qafqaz üzrə ölkə rəhbəri Zubair Xan aqrar sahənin qeyri-neft sektorunun mühüm istiqamətlərindən olduğunu, bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edib, aqrar sektorda görülən işlər və həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və onların nəticələri barədə məlumat veriblər.

Tikinti və maşınqayırma panelində İtaliya səfirliyinin nümayəndəsi Umberto Boeri, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müdir müavini Elxan Əsədov və müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri çıxış edərək müvafiq sahənin inkişafından, reallaşdırılan layihələrdən və bu sektorun inkişaf perspektivlərindən danışıblar.

Nəqliyyat və Logistika panelində Litvanın Azərbaycan və Türkmənistan üzrə səfirliyinin nümayəndəsi Dalija İqnataviciute, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Dünya Bankının baş mütəxəssisi Nicat Vəliyev və şirkət təmsilçiləri Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit potensialı, nəqliyyat və logistikanın ölkə iqtisadiyyatının prioritet sahələrindən olmasından, bu sahədə Aİ ilə əməkdaşlıq imkanlarından danışıblar.

Yunanıstan səfirliyinin idarə rəhbəri Vasilios Sitarasın, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramovun və müvafiq sahədə fəaliyyət göstərən iş adamlarının çıxış etdiyi İKT və Elektron Ticarət panelində isə müvafiq sahənin inkişafı istiqamətində görülən işlər, əldə olunmuş nəticələr və perspektivlər diqqətə çatdırılıb.

Azərbaycan-Aİ biznes forumu işgüzar dairələr arasında ikitərəfli görüşlərlə davam edib

Türkiyədə son sutkada koronavirusdan 1 492 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 1 492 nəfər sağalıb
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir
Türkiyədə son sutkada koronavirusdan 1 492 nəfər sağalıb
Ermənilərin böyük yalanları (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Könüllülər koronavirusla bağlı daha bir maraqlı aksiya keçiriblər (FOTO)
Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri xalqımızı "Respublika günü" münasibətilə təbrik edib (VİDEO)
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
Ombudsmanın Gəncə Regional Mərkəzi növbəti onlayn hüquqi maarifləndirmə tədbiri keçirib
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü
Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
Stiven Monroz "Neftçi"dən gedə bilər
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər