Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin Bakı vaqon deposunda əməkçilərin fiziki və mədəni istirahətinə xidmət göstərən yeni idman zalı istifadəyə verilib.
QSC-dən Trend-ə verilən məlumata görə, Departamentin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə reallaşdırılan bu işi quruma daxil olan müəssələr daxili imkanlar hesabına həyata keciriblər.
Depo həmkarlar təşkilatının sədri Elxan Quliyev məlumat verib ki, yeni idman obyekti depoda istifadəsiz olan köhnə binanın bazasında reallaşdırılıb.
Burada mini futbol, voleybol, basketbol, stolüstü tennis və digər idman növləri üçün şərait yaradılıb.
Zalda yeni sanitariya qovşağı, duşxana və soyunub-geyinmə otağı da yüksək şəkildə hazırlanıb. Dəmiryolçuların spartakiadalarında həmişə idman hazırlığı ilə fərqlənən departament əməkçiləri ölkəmizdə idmanın inkişafına göstərilən böyük qayğıya özlərinin fədakar əmək və idman uğurları ilə cavab verirlər.