...

Mayda "Sınıq Körpü" gömrük postundan 60 minə yaxın nəqliyyat vasitəsi keçib (FOTO)

İqtisadiyyat Materials 23 İyun 2018 16:18 (UTC +04:00)
Ötən ay "Sınıq Körpü" gömrük-sərhəd buraxılış məntəqəsindən 60 minə yaxın nəqliyyat vasitəsi keçib.
Mayda "Sınıq Körpü" gömrük postundan 60 minə yaxın nəqliyyat vasitəsi keçib (FOTO)

Bakı. İlkin Bağırov - Trend:

2018-ci ilin may ayı ərzində Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük-sərhəd buraxılış məntəqəsindən ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov bildirib.

Onun sözlərinə görə, ümumilikdə sutka ərzində "Sınıq Körpü" gömrük məntəqəsində idxal və ixrac xətlərində ümumilikdə 2000-dən çox nəqliyyat vasitəsi yoxlanılaraq buraxılır. Məsələn, konkret olaraq ötən sutka ərzində 2209 nəqliyyat vasitəsi yoxlanılıb.

İdarə rəisi həmçinin qeyd edib ki, “Sınıq körpü” nəqliyyat vasitələlərinin yoxlanılıb buraxılan zaman ən az vaxt sərf olunan gömrük-sərhəd buraxılış məntəqəsidir: “Yük avtomobillərinin yoxlanılması “Bir pəncərə” - vahid pəncərə sistemi ilə yoxlanılır. Əgər problem olmursa, proses cəmi 10-15 dəqiqə çəkir. Minik maşınları üçün isə bundan da az vaxt sərf olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti