...

Bakı-Quba-Rusiya Sərhəddi avtomobil yolunda təmir işləri başa çatıb

İqtisadiyyat Materials 4 İyul 2018 01:50 (UTC +04:00)
Bakı- Quba-Rusiya Sərhəddi avtomobil yolunda təmir işləri başa çatıb
Bakı-Quba-Rusiya Sərhəddi avtomobil yolunda təmir işləri başa çatıb

Bakı. Samir Əli -Trend:

Bakı- Quba-Rusiya Sərhəddi avtomobil yolunda təmir işləri başa çatıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözləronə görə, yolun 6-11-ci kilometrliyində başlanan asfaltlanma və rənglənmə işləri tam başa çatıb və yol sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, adıçəkilən ərazidə iyunun 27-də təmir işləri başlanmış və yolda hərəkət hissə-hissə məhdudlaşdırılmışdı. Nəticədə yolda hərəkətdə çətinliklər yaranmışdı.

Xəbər lenti

Xəbər lenti