...

Vergilər nazirinin müşaviri vəzifəsindən azad olunub - Başqa TƏYİNATLAR var

İqtisadiyyat Materials 4 İyul 2018 11:01 (UTC +04:00)
Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub
Vergilər nazirinin müşaviri vəzifəsindən azad olunub - Başqa TƏYİNATLAR var

Bakı. Trend:

Vergilər Nazirliyində ciddi kadr dəyişiklikləri olub.

Nazırlikdən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad edilib.

Bundan başqa Nazirlikdə çoxlu yerdəyişmələr və təyinatlar aparıldığı bildirilib.

Məlumata görə, Ülvi Mansurov Rəqəmsal Texnologiyalar Departamentinə rəhbər təyin olunub. Bundan başqa, Vergi Auditi Departamentinə Camal Qasımov, Vergi Ödəyicilərinə Xidmət Departamentinə Elçin Məmmədov, Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

Samirə Musayeva isə Vergi Siyasəti Departmentinin baş direktoru vəzifəsində qalıb.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti