...

“Azərxalça”nın filialları artırılacaq

İqtisadiyyat Materials 10 İyul 2018 22:22 (UTC +04:00)
Azərbaycanda “Azərxalça” ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur
“Azərxalça”nın filialları artırılacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda “Azərxalça” ASC-nin daha 10 filialının açılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu “Azərbaycanda xalçaçılığın perspektivləri və nailiyyətləri” adlı konfrans zamanı müəssisənin İdarə heyətinin sədri Vidadi Muradov deyib.

Onun sözlərinə görə, artıq filialların tikintisi aparılır və eyni zamanda Sumqayıt Kimya Sənaye parkının ərazisində əyirici-boyaq fabrikinin tikintisi davam edir:

“Bugünkü gün ölkədə “Azərxalça”nın 10 filialı mövcuddur və bu filiallarda 830 nəfər işləyir. Bütün filiallar öncül avadanlıqla təchiz olunub.”

Qeyd edək ki, hazırda “Azərxalça”nın filialları Horadiz, Quba, Xaçmaz, Tovuz, Qazax, Ağstafa, Qəbələ, İsmayıllı və digər rayonlarda fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti