...

SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı tarixi açıqlayıb

İqtisadiyyat Materials 7 Avqust 2018 09:08 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin 2019-cu ilin iyun ayında başlaması planlaşdırılır
SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin başlayacağı tarixi açıqlayıb

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinin 2019-cu ilin iyun ayında başlaması planlaşdırılır.

Bu barədə Trend-ə “SOCAR Turkey Enerji”dən məlumat veriblər.

Qeyd olunur ki, 2019-cu ilin aprelinədək layihənin texniki-iqtisadi əsaslandırılmasının başa çatması nəzərdə tutulub.

Kompleksin istehsalat prosesinə 2022-ci ilin sonu – 2023-cü ilin əvvəllərində başlaması nəzərdə tutulub. Bu müəssisənin istismara verilməsi Türkiyənin neft-kimya məhsullarına tələbatının 40 faizini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti