...

Bakı-Tbilisi-Qars marşrutu ilə yeni növ yüklərin nəql edilməsinə başlanılıb

İqtisadiyyat Materials 8 Avqust 2018 11:10 (UTC +04:00)

Bakı. Trend:

“Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib.

Şirkətdən Trend-ə verilən xəbərdə deyilir ki, MMK Maqnitiqorsk-Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb.

“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, - deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib.

Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilib: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.

Loqistik marşrutlarının diversifikasiyası, şirkət üçün Novorosiysk limanını akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir. Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Və nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi, Maqnitoqorsk Metallurgiya Kombinatına İskəndərunda yerləşən və özünəməxsus liman vasitəsi ilə Yaxın Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti