...

Energetika naziri Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunda iştirak edəcək

İqtisadiyyat Materials 13 Sentyabr 2018 13:01 (UTC +04:00)
Energetika naziri Pərviz Şahbazov oktyabrın 9-da Bakıda keçiriləcək Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak edəcək.
Energetika naziri Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunda iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov oktyabrın 9-da Bakıda keçiriləcək Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunun açılış mərasimində iştirak edəcək.

Bu barədə Trend-ə Alman-Azərbaycan Xarici Ticarət Platformasından məlumat verilib.

Həmçinin "Uniper SE" şirkətinin Baş kommersiya direktoru Keith Martin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov forumda açılış nitqi ilə çıxış edəcəklər.

Bu il biznes tədbirində bir sıra nazirlərin və nazir müavinlərinin, Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən aparıcı alman şirkətlərinin Baş icraçı direktorları da daxil olmaqla, Azərbaycan hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanda biznes mühiti və mövcud layihələr barədə İmpuls bölümündən əlavə, tədbirin proqramına Enerji sektorunda innovasiyalar və iqtisadi islahatların aparıcı qüvvəsi kimi İKT sektoruna dair paralel müzakirələr daxildir.

Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan biznes forumunun əsas məqsədi Almaniya şirkətləri və onların azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu Enerji və İKT sektorlarında islahatlar və tərəfdaşlıq üçün perspektivlər təşkil edir. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti